Bank Of Baku

Azərbaycanın minifutbol yığması Qazaxıstana uduzub

Azərbaycanın minifutbol yığması Qazaxıstana uduzub
# 03 noyabr 2023 21:59 (UTC +04:00)

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

APA xəbər verir ki, yığma yarımfinalda Qazaxıstanla qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Elşad Quliyevin başçılıq etdiyi komandadan hər iki qolu Eşqin Tağıyev vurub.

Bu nəticədən sonra Qazaxıstan yığması finala yüksəlib. Azərbaycan millisi isə bürünc medal uğrunda mübarizə aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR