Bank Of Baku

Aziz Yıldırım “Fənərbaxça”nın prezidenti seçilib

"Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırım

© APA | "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırım

# 07 iyun 2026 22:47 (UTC +04:00)

"Fənərbaxça"da prezident seçkiləri keçirilib.

Apasport.az xəbər verir ki, bu gün İstanbul klubunun növbədənkənar seçkilərində yeni prezidentin adına aydınlıq gəlib.

Seçkilərdə Aziz Yıldırım və Hakan Safi mübarizə aparıb.

Klub üzvləri səsvermə yolu ilə ən azı növbəti 1 ildə "Fənərbaxça"ya rəhbərlik edəcək şəxsi seçiblər. Yıldırım səsvermədə aşkar üstünlüklə qələbə qazanıb. O, yenidən klubun prezidenti seçilib.

Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə "Fənərbaxça"nın prezidenti olub.

O, 2024-cü ildə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR