Bank Of Baku

“Bavariya” öz meydanında “Dortmund”u məğlub edib

“Bavariya” öz meydanında “Dortmund”u məğlub edib
# 18 oktyabr 2025 23:48 (UTC +04:00)

“Bavariya” klubu Bundesliqanın yeddinci turunda doğma meydanda “Borussiya Dortmund” ilə qarşılaşıb.

APA xəbər verir ki, görüşdə münxenlilər 2:1 hesabı ilə qalib gəliblər.

Qarşılaşmada hesabı 22-ci dəqiqədə Harri Keyn açıb. Oyunun 79-cu dəqiqəsində Mişel Olise fərqi iki topa çatdırıb. Lakin beş dəqiqə sonra “Borussiya Dortmund”un yarımmüdafiəçisi Yulian Brandt bu qollardan birinin əvəzini çıxıb - 2:1. Görüş bu hesabla da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR