Bank Of Baku

"Bavariya" PSJ-ni məğlub edərək, "Milan" isə heç-heçə ilə 1/4 finala yüksəlib

"Bavariya" PSJ-ni məğlub edərək, "Milan" isə heç-heçə ilə 1/4 finala yüksəlib
# 09 mart 2023 02:23 (UTC +04:00)

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

APA xəbər verir ki, ən böyük maraq doğuran oyun Almaniyanın “Bavariya” klubu ilə Frnasanın PSJ komaandası arasımda oynanılıb.

İlk matçda 1:0 hesabı ilə qalib gələn almanlar evdə də üstün performans sərgiləyərək ümumi hesabda 3:0 qalib olub.

Digər görüşdə isə İtaliyanın "Milan" klubu İngiltərədə "Tottenhem"lə münasibətlərinə aydınlıq gətirib.

Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanan qırmızı-qaralar səfərdə qolsuz heç-heçəyə nail olaraq, adını növbəti mərhələyə yazdırıb.

Beləliklə “Bavariya” və “Milan” ¼ mərhələsinə adlayıb.

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" komandaları 1/4 finala adlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR