“Bayer Leverkuzen” tarixində ilk dəfə Almaniya çempionu olub

“Bayer Leverkuzen” tarixində ilk dəfə Almaniya çempionu olub
# 14 aprel 2024 21:53 (UTC +04:00)

Almaniya Bundesliqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

APA xəbər verir ki, Xabi Alonsonun başçılıq etdiyi "Bayer Leverkuzen" komandası XXIX turda çempionluğu rəsmiləşdirib.

Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb.

Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.

Qeyd edək ki, Alonsonun yetirmələri bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR