Sumqayıtda ikimərtəbəli ev yanıb

Sumqayıtda ikimərtəbəli ev yanıb
# 22 aprel 2015 17:48 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli evin dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə və taxta tullantılar 15 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR