Bank Of Baku

Bəxtiyar Zaynutdinov "Beşiktaş"dan "Dinamo" Moskvaya keçib

Bəxtiyar Zaynutdinov

© APA | Bəxtiyar Zaynutdinov

# 28 iyul 2025 13:51 (UTC +04:00)

"Beşiktaş"da ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, Bəxtiyar Zaynutdinov komandanı tərk edib.

O, karyerasını "Dinamo"da davam etdirəcək.

Bunu Moskva klubunun mətbuat xidməti açıqlayıb. Tərəflər arasında 2029-cu ilə qədər müqavilə imzalanıb. Futbolçu yeni komandasında 19 nömrəli formada çıxış edəcək.

Rusiya təmsilçisi keçid üçün "Beşiktaş"a 2,5 milyon avro ödəyib.

Qeyd edək ki, Zaynutdinov ötən mövsüm 9 matçda meydana çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR