Bölgə klubu azarkeşlərə görə cəzalandırılıb

Bölgə klubu azarkeşlərə görə cəzalandırılıb
# 30 aprel 2024 13:59 (UTC +04:00)

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

25.04.2024-cü il tarixində I Liqada XXIII turun “Araz Saatlı” – “Karvan” oyununun 79-cu dəqiqəsində “Araz Saatlı” klubunun məşqçisi Zəkəray Atakişiyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Araz Saatlı” klubu 150 manat cərimə edilir (maddə 42.3);

25.04.2024-cü il tarixində I Liqada XXIII turun “Qaradağ Lökbatan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 70.1);

28.04.2024-cü il tarixində Həvəskar Liqada AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən “Ərkivan” FK (Masallı) – “Şirvan” FK oyununda “Şirvan” FK (Şirvan) komandasının heyətində 15 nömrəli futbolçu Taleh Fətəliyev qarşılaşmanın 88-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi, baş hakimi vurmağa cəhd etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılsın (maddə 43.3, 1);

28.04.2024-cü il tarixində Həvəskar Liqada AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən “Ərkivan” FK (Masallı) – “Şirvan” FK oyununda 2-ci hissənin əlavə vaxtında “Ərkivan” (Masallı) FK komandasının azarkeşləri hakimlər briqadasını vurmağa cəhd etdiyinə görə “Ərkivan” (Masallı) komandasının növbəti 3 oyunu azarkeşsiz keçirilsin (maddə 51.5, 1);

28.04.2024-cü il tarixində AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən “Lokomotiv” (Bakı) - “Balaxanı” FK oyununda yerli “Lokomotiv” komandası oyunu həkim personalı ilə təmin etmədiyinə görə oyun baş tutmadığı üçün “Lokomotiv” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 72.2);

27.04.2024-cü il tarixində AFFA Yüksək Qızlar Liqasının “Baku Juniors” – “Neftçi” PFK oyununda “Baku Juniors” komandasının 17 nömrəli oyunçusu İntizar Haqverdiyeva oyununun 47-ci dəqiqəsində 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);

28.04.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK” 1/2 final oyununda “Dinamo” (Balakən) komandası qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydançaya buraxdığına görə “Dinamo” (Balakən) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61.2).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR