Gürcüstanın baş naziri ARDNŞ prezidenti ilə görüşüb

 Gürcüstanın baş naziri ARDNŞ prezidenti ilə görüşüb
# 26 iyul 2015 21:16 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 26-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə cari investisiya məsələləri mövzusunda müzakirələr aparılıb.

İ. Qaribaşvili Gürcüstan hökumətinin ARDNŞ-in Gürcüstandakı investisiya fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

"Görüşdə Gürcüstan və Azərbaycan ölkələrarası əməkdaşlığın dərinləşməsi üçün hazır olduğunu bir daha təsdiqləyib”, - deyə hökumət administrasiyadan bildirilib.

Görüşdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın Baş naziri yanında İqtisadi Şurasının Katibi, Biznes Ombudsman Giorgi Qaharia da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR