Azərbaycan prezidenti rusiyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti rusiyalı həmkarını təbrik edib
# 11 iyun 2015 15:44 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini ölkəsinin dövlət bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, Sizi və Rusiyanın dost xalqını dövlət bayramınız – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Dost Rusiya bu gün cəmiyyətin modernləşdirilməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Rusiya Federasiyası qısa müddətdə sosial-iqtisadi inkişafda və beynəlxalq proseslərdə öz mövqeyinin və rolunun gücləndirilməsində sanballı uğurlar qazanıb.

Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır. Sevindiricidir ki, bu xoş münasibətlər hərtərəfli inkişaf edir və möhkəmlənir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət bizim birgə səylərimizlə xalqlarımızın tərəqqisi naminə, regionda sülh, sabitlik və həmrəylik naminə bundan sonra da hərtərəfli genişlənəcək.

Bu yaxınlarda Moskvada Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR