Bank Of Baku

Çempionlar Liqası: "Qarabağ" Cəbəllütariqin "Linkoln" komandasını məğlub edib

Çempionlar Liqası: "Qarabağ" Cəbəllütariqin "Linkoln" komandasını məğlub edib
# 23 iyul 2024 21:53 (UTC +04:00)

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Linkoln"( Cəbəllütariq) və "Qarabağ" komandaları üz-üzə gəlib.

APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ağdamlılar rəqiblərindən iki top fərqi ilə üstün olub.

Matçın 45+2-ci dəqiqəsində Juninyo “köhlən atlar”ı önə çıxarıb.

Qarşılaşmanın 75-ci dəqiqəsində isə Toral Bayramov oyunda yekun hesabı müəyyən edib – 0:2.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR