Çempionlar Liqası: “Real Madrid” “Bavariya”nı məğlub edərək finala yüksəlib

Çempionlar Liqası: “Real Madrid” “Bavariya”nı məğlub edərək finala yüksəlib
# 09 may 2024 01:01 (UTC +04:00)

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsində sonuncu cavab qarşılaşması baş tutub.

APA xəbər verir ki, İspaniyanın “Real Madrid” komandası Almaniya nəhəngi “Bavariya”nı qəbul edib.

Gərgin keçən qarşılaşmada kral klubu rəqibini 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, komandaların birinci qarşılaşması 2:2 hesabı ilə yekunlaşmışdı.

“Real Madrid” finalda Almaniyanın digər təmsilçisi “Borussiya Dortmund” ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR