Bank Of Baku

Cenaro Qattuzo İtaliya millisinin baş məşqçisi postundan uzaqlaşdırılıb

Cenaro Qattuzo İtaliya millisinin baş məşqçisi postundan uzaqlaşdırılıb
# 03 aprel 2026 16:44 (UTC +04:00)

Futbol üzrə İtaliya millisində daha bir ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Cenaro Qattuzo istefa verib.

Bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, İtaliya millisi bu ilin yayında keçiriləcək Futbol üzrə Dünya Çempionatına vəsiqə qazana bilmədiyinə görə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina da istefa verib.

İtaliya yığması Avropa zonası üzrə “play off” mərhələsində Bosniya və Herseqovina yığmasına məğlub olaraq, dünya çempionatına gedə bilməyib.

Futbol üzrə Dünya Çempionatı bu il 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Çempionatda 48 ölkənin yığması mübarizə aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR