“KredAqro” öhdəliklərini 16% artırıb

“KredAqro” öhdəliklərini 16% artırıb
# 20 aprel 2015 11:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “KredAqro” bank-olmayan kredit təşkilatı (BOKT) 2014-cü ildə aktivlərini 15,7% artıraraq 44 mln. 212, 690 min manata çatdırıb.

Təşkilatdan “APA-Economics”ə verilən xəbərə görə, aktivlərin tərkibində ən böyük pay müştərilərə verilmiş xalis kreditlərə məxsusdur. Belə ki, ötən il BOKT tərəfindən müştərilərə verilmiş xalis kreditlərin həcmi 30 mln. 693,225 min manat olub ki, bu göstərici ötən 2013-cü il ilə müqayisədə 10% artıb.

Hesabat dövründə “KredAqro”nun öhdəlikləri 16% artaraq 29 mln. 259,015 min manat olub. Öhdəliklərin strukturuna nəzər salanda məlum olur ki, burada əsas pay sahibi banklara və digər maliyyə institutlarına ödəniləcək vəsaitləridir. Təşkilat banklar və digər maliyyə institutların qarşısında 28 mln. 869,557 min manatlıq öhdəlik götürüb. Bu isə ötən il ilə müqayisədə 17,1% artım deməkdir.

BOKT-un nizamnamə kapitalı ötən il artmayaraq 452,3 min manat olaraq qalıb. Bununla belə təşkilatın məcmu kapitalı 15% artaraq 14 mln. 953,675 min manat olub.

“KredAqro” ötən ili 1 mln. 956,753 min manatlıq xalis gəlirlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR