UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
APA xəbər verir ki, Avropanın nüfuzlu turnirində son oyunda “Atletiko” - “İnter” oyunu keçirilib. Oyunun əsas vaxtı 2:1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Lakin ilk oyunda "İnter"in evdə qələbəsi qeydə alındığından ümumi hesab bərabər olub - 2:2.
Matçda qalibi müəyyən etmək üçün penaltilər seriyası oynanılıb.
Penaltilər seriyasında 3:2 hesabı ilə qalıb gələn ispanlar növbəti mərhələyə adlayıb.
***
Saat 01:54
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun oyunları keçirilir.
APA xəbər verir ki, Avropanın nüfuzlu turnirində “Atletiko” – “İnter” və “Borussiya” – PSV komandaları qarşılaşıb.
Doğma divarlar önündə Niderland təmsilçisi PSV-ni qəbul edən “Borussiya” mərhələyə adlayıb.
90 dəqiqqənin tamamında 2:0 hesablı qələbəyə sevinən dortmunlullar ümumi hesabda da irəli çıxıb - 3:1.
Yekunda Almaniya təmsilçisi Avropanın nüfuzlu turnirində yoluna 1/4 final mərhələsində davam edəcək.