“Real” “İnter”in hücumçusunu transfer edir

“Real” “İnter”in hücumçusunu transfer edir
# 30 yanvar 2018 08:41 (UTC +04:00)

“Real” transfer dönəminin son günlərində hücum xəttini gücləndirməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” “İnter”in forvardı Mauro İkardini heyətinə qatmağa çox yaxındı.

Belə ki, klublar argentinalı forvardın transferi məsələsində ilkin razılığa gəliblər. Anlaşmaya əsasən, “İnter” bu keçiddən 111 milyon avroluq gəlir əldə edəcək.

İkardinin instaqram hesabı vasitəsilə “Vida edə bilmək böyüməkdi. Sağ olun" paylaşımını etməsi də onun yaxın günlərdə İspaniyaya köçəcəyindən xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR