Mikayıl Cabbarov: “Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı ikinci proqram hazırlanıb”

Mikayıl Cabbarov: “Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı ikinci proqram hazırlanıb”
# 16 sentyabr 2015 14:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bildiyiniz kimi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu il başa çatıb. Bu proqram vasitəsilə üç mindən çox Azərbaycan gənci xaricdə təhsil alır. Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı ikinci proqram hazırlanıb”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində deyib.

O, bildirib ki, yeni Dövlət Proqramında xarici mütəxəssis və professorların Azərbaycan universitetlərində fəaliyyətinə xüsusi yer verilib.

Təhsil nazirinin sözlərinə görə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrdə Dövlət Proqramı ilə bağlı nəticələr var: “Xaricdə təhsilini bitirən məzunlarımızın müəyyən qismi ölkəyə qayıdıb. Dövlət qurumlarında, özəl sektorda fəaliyyət göstərən məzunlarımız bar. Biz onların fəaliyyətini izləyirik”.

M. Cabbarov qeyd edib ki, bu ildən başlayaraq Dövlət Proqramı ilə xarici ölkə universitetlərində təhsil alan Azərbaycan gəncləri üçün xüsusi iş təcrübəsi proqramı hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR