Heydər Əliyev adına NEZ-də yeni bitum qurğusunun baza layihələndirmə işlərini aparacaq şirkətin adı açıqlanıb

Heydər Əliyev adına NEZ-də yeni bitum qurğusunun baza layihələndirmə işlərini aparacaq şirkətin adı açıqlanıb
# 16 sentyabr 2015 14:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda modernizasiya və yenidənqurma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, 2015-2019-cu illər ərzində mərhələli şəkildə icra olunacaq həmin tədbirlər nəticəsində ölkəmizdə istehlak edilən bütün mühərrik yanacaqları “Avro-5” standartının tələblərinə tam cavab verəcək, eyni zamanda “Azərikimya” İB yüksək keyfiyyətli xammal ilə (etan-etilen, propan-propilen və butan-butilen fraksiyaları) təmin ediləcək. Bundan başqa, Heydər Əliyev adına neft emalı zavodunun ərazisində illik məhsuldarlığı 400 min ton olan yeni bitum qurğusunun inşası da nəzərdə tutulub. Bu məqsədlə, "Poerner GmbH" ("Poerner") tərəfindən zavodda neftdən bitum istehsalının təşkil olunması işlərinə başlanılıb və müqavilə danışıqları aparılıb.

Danışıqların nəticəsi olaraq, “Poerner” şirkətinin və Layihə üzrə İdarəedici Podratçı qismində cəlb edilmiş “Fluor” şirkətinin rəhbərliyi ilə ilkin əlaqələndirmə iclası keçirilib. İclasda SOCAR prezidentinin müşaviri Fərəməz Rüstəmov, emal üzrə vitse-prezidentin müşaviri Məhiyəddin İsmayılov, zavodun baş mühəndisi Nail Əmirov, modernizasiya və yenidənqurma işləri üzrə direktor müavini Fərid İbrahimxəlilov, "Fluor" və "Poerner" şirkətlərinin layihə üzrə texniki menecerləri Frederik Baars və Kristian Opitz, eləcə də digər mütəxəssislər iştirak ediblər. Texniki müzakirələr zamanı səmərəli təkliflər verilib, geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, yaxın vaxtlarda “Poerner” şirkəti tərəfindən baza layihələndirmə işlərinin aparılmasına start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR