DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək

DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək
# 20 noyabr 2022 09:00 (UTC +04:00)

Bu gün DÇ-2022-yə start veriləcək.

Apasport.az saytının məlumatına görə, Qətərdə təşkil olunan futbol bayramının ilk günündə bir oyun keçiriləcək.

Mundialın açılış qarşılaşması meydan sahiblərinin iştirakı ilə baş tutacaq. Yarışa təşkilatçı ölkə təmsilçisi kimi qatılan Qətər Ekvadorla üz-üzə gələcək.

Asiya və Cənubi Amerika təmsilçiləri A qrupunda yer alıb. Bu “dördlüy”ün sabah baş tutacaq ikinci görüşündə Niderland və Seneqal qarşılaşacaq.

Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.

DÇ-2022, qrup mərhələsi
20 noyabr
A qrupu
20:00. Qətər – Ekvador

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR