DÇ-2026: Açılış və final matçının keçiriləcəyi stadionlar bəlli olub

DÇ-2026: Açılış və final matçının keçiriləcəyi stadionlar bəlli olub
# 05 fevral 2024 10:47 (UTC +04:00)

DÇ-2026 final mərhələsinin ilk və son oyunlarının keçiriləcəyi yerlər bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti açıqlama yayıb.

Açılış matçı iyunun 11-də Meksikanın paytaxtı Mexikodakı məşhur “Asteka” Stadiuonunda (83 000 tamaşaçı) keçiriləcək.

Mundialın final oyununa isə ABŞ ev sahibliyi edəcək. İyulun 19-a planlaşdırılan matç Nyu-Cersidəki “Metlife” (82 500 tamaşaçı) stadionunda oynanılacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR