DÇ 2026: Argentina Braziliyanı məğlub edib, iğtişaş səbəbindən matç gecikmə ilə başlayıb - VİDEO

DÇ 2026: Argentina Braziliyanı məğlub edib, iğtişaş səbəbindən matç gecikmə ilə başlayıb - VİDEO
# 22 noyabr 2023 08:39 (UTC +04:00)

2026-cı illdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya Argentina millisi ilə qarşılaşıb.

APA xəbər verir ki, “Marakana” stadionunda keçirilən oyun tribunalardakı iğtişaşlar səbəbindən təxminən yarım saat gec başlayıb.

Dövlət himnlər səsləndirilərkən azarkeşlər arasında dava düşüb. Baş verənlərə polis müdaxilə etmək məcburiyyətində qalıb.

Argentina millisinin azarkeşləri asayiş keşikçilərinə oturacaqlar atıblar.

Oyun 1:0 Argentina millisinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Nikolas Otamendi vurub. 81-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Joelinton kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.

Braziliya millisi ardıcıl 3-cü matçında məğlub olaraq 6 oyundan 7 xal toplayaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Hazırkı dünya çempionu argentinalılar 6 görüşdən 15 xalla liderdir. Komandalar növbəti seçmə oyunlarını 4 sentyabr 2024-cü ildə keçirəcək. Argentinalılar Çili millisini, braziliyalılar evdə Ekvador yığmasını qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR