2026-cı il dünya çempionatında III turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə G qrupunun iki görüşü baş tutub.
Misir millisi İranla qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Xallarının sayını 5-ə çatdıran Misir qrupu ikinci sırada bitirərək 1/16 finala yüksəlib. İran isə qrupda 3 xalla 3-cü pillədə qərarlaşaraq ən yaxşı üçüncülərdən biri kimi pley-off şansını gözləyəcək.
Qrupun digər matçında isə Yeni Zelandiya Belçika ilə üz-üzə gəlib. Matç avropalıların qələbəsiylə başa çatıb:
Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran Belçika qrupu 1-ci sırada bitirib. Yeni Zelandiya 1 xalla son pillədə qərarlaşıb.
Hər iki matç Bakı vaxtı ilə saat 07:00-da start götürüb.
DÇ-2026
G qrupu, III tur
27 iyun
07:00. Misir - İran 1:1
Qol: Saber, 5, Rezayan, 14
Uğursuz penalti: M. Taremi, 11
07:00. Yeni Zellandiya - Belçika 1:5
Qol: Trossard, 28, 50, De Bruyne, 67, Cast, 84, Lukaku, 86, Salamakers, 90+4