Bank Of Baku

DÇ-2026: İngiltərə millisi Qana yığması ilə heç-heçə edib

DÇ-2026: İngiltərə millisi Qana yığması ilə heç-heçə edib
# 24 iyun 2026 02:03 (UTC +04:00)

2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, İngiltərə millisi Qana yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Matç qolsuz bərabərliklə başa çatıb və komandalar hərəyə 1 xalla kifayətləniblər.

Qeyd edək ki, hər iki komanda mundiala qələbə ilə start verib. İngiltərə ilk turda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Qana isə Panamadan üstün olmağı bacarıb - 1:0.

Dünya çempionatı
L qrupu, II tur
24 iyun

00:00. İngiltərə – Qana 0:0

İngiltərə: Pikford, Ceyms, Guehi, Konsa, Spens, Anderson, Rays, Bellinqem, Madueke, Qordon, Keyn

Qana: Asare, Senaya, Adjetey, Opoku, Mensah, Partey, Yirenki, Sibo, Uilyams, Semenyo, Ayyu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR