Bank Of Baku

De Byazi AFFA-ya hesabat verəcək

De Byazi AFFA-ya hesabat verəcək
# 11 aprel 2023 12:36 (UTC +04:00)

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Apasport.az saytının məlumatına görə, tədbir qurumun inzibati binasında baş tutacaq.

Aprelin 13-dəki yığıncaq saat 10:00-da başlayacaq. İclasın gündəliyində duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçi Canni De Byazinin hesabatıdır.

İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən ilk iki görüş barədə komitəyə hesabat verəcək. Toplantıda digər məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, millimiz Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR