“Dərs” bədii filminin təqdimatı keçiriləcək

“Dərs” bədii filminin təqdimatı keçiriləcək
# 14 aprel 2015 10:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mayın 5-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə uşaqlar üçün çəkilmiş “Dərs” bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər.

Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR