Dortmund “Borussiya”sı Bellinqemin “Real”a transferini təsdiqləyib

Dortmund “Borussiya”sı Bellinqemin “Real”a transferini təsdiqləyib
# 08 iyun 2023 12:03 (UTC +04:00)

Madrid “Real”ı yarımmüdafiəçi Cud Bellinqem transferini tamamlayıb.

Apasport.az saytı xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin transferi Dortmund “Borussiya”sı tərəfindən də təsdiqlənib.

İspaniya klubu ingilisin keçidi qarşılığında almanlara 103 milyon avro ödəyəcək. Bellinqemlə 6 illik müqaviləni rəsmiləşdirəcək “Kral klubu” oyunçuya illik təxminən 12 milyon avro maaş verəcək.

Qeyd edək ki, son mövsümdə 42 matçda meydançaya çıxan Cud 14 qol və 6 assistlə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR