Bank Of Baku

Dünya çempionatı: Millimiz mundialı medalsız başa vurub

Dünya çempionatı: Millimiz mundialı medalsız başa vurub
# 04 noyabr 2023 21:05 (UTC +04:00)

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığmanın rəqibi Macarıstan olub.

Dörd qolun qeydə alındığı bu görüşdə Azərbaycan millisi 1:3 hesabı ilə uduzub.

Son Avropa çempionu olan Azərbaycan yığması mundialın qrup mərhələsini maksimum nəticə göstərərək lider kimi başa vurmuşdu. Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırmışdı. Lakin yığma ötən gün yarımfinalda Qazaxıstana uduzub - 2:3.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR