SOCAR neft hasilatını 1%-dən çox artırıb

SOCAR neft hasilatını 1%-dən çox artırıb
# 25 iyun 2015 13:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 706,5 min ton neft hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin may ayı ilə müqayisədə 1,3% çoxdur. Bu ilin aprel ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 3,2% artıb.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton, fevral ayında 641,9 min ton, mart ayında 717,2 min ton, aprel ayında isə 684,2 min ton neft hasil edilib

Bu ilin yanvar-may aylarında ümumilikdə 3 462,1 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk beş ayı ilə müqayisədə 1,4% azdır.

Bu ilin may ayı ərzində ölkə üzrə 3 426,3 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 7,6% azdır. Bu ilin aprel ayı ilə müqayisədə isə bu rəqəm 3,5 azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 667,6 min ton, fevral ayında 3 293,0 min ton, mart ayında 3 722,1 min ton, aprel ayında isə 3 549,3 min ton neft hasil edilib

Bu ilin yanvar-may aylarında ölkə üzrə ümumilikdə 17 658,3 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk dörd ayı ilə müqayisədə 1,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR