Silahlı Qüvvələr Günü münasibəti ilə ön cəbhədə konsert proqramı təşkil olunub - FOTOSESSİYA - VİDEO

Silahlı Qüvvələr Günü münasibəti ilə ön cəbhədə konsert proqramı təşkil olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 iyun 2015 08:06 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöl rayonunda yerləşən hərbi hissədə 26 İyun Silahlı Qüvvələr günü münasibətilə bayram konserti təşkil olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, düşmənlə təmas xəttinin Murov dağı istiqamətində döyüş növbəsi çəkən hərbi qulluqçular Gəncə Qarnizonu Zabitlər Evi tərəfindən hazırlanan musiqi proqramını maraqla qarşılayıb. Xalq artisti Azərin və əməkdar artist İlqar Muradovun vətənpərvər mahnıları, musiqi nömrələri əsgərlərin alqışları ilə müşayiət olunub. “Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnıları müsabiqəsinin finalçılarının ifaları da dinlənib. Daha sonra Gəncə Qarnizonu Zabitlər Evinin azyaşlılardan ibarət incəsənət kollektivləri rəqs nömrələri ilə çıxış edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR