“Əl-Hilal”ın baş məşqçisi Jorje Jezuş istefaya göndərilib

“Əl-Hilal”ın baş məşqçisi Jorje Jezuş istefaya göndərilib
# 02 may 2025 17:46 (UTC +04:00)

“Əl-Hilal” klubunda ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi baş məşqçisi Jorje Jezuşla yollarını ayırıb.

Bu barədə “A Bola” nəşri məlumat yayıb.

Buna səbəb komandanın Asiya Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırması olub. Klub rəhbərliyi qərarını bundan sonra verib.

Qeyd edək ki, Jezuş ötən mövsüm “Əl-Hilal”la həm Səudiyyə Ərəbistanı çempionu olub, həm də ölkə kubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR