Bank Of Baku

Elçin Məsiyev Çempionlar Liqasının oyununu idarə edəcək

Elçin Məsiyev

© APA | Elçin Məsiyev

# 18 iyul 2025 10:10 (UTC +04:00)

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR