Bank Of Baku

Əliyar Ağayev Çempionlar Liqası oyununa təyinat alıb

Əliyar Ağayev

© APA | Əliyar Ağayev

# 16 sentyabr 2025 14:21 (UTC +04:00)

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının liqa mərhələsində oyuna təyinat alıb.

Apasport.az xəbər verir ki, sentyabrın 18-də Danimarkada keçiriləcək “Kopenhagen” - “Bayer” matçını o idarə edəcək.

Beynəlxalq dərəcəli hakimin köməkçiləri kimi Zeynal Zeynalov və Akif Əmirəli fəaliyyət göstərəcək. Görüşün dördüncü hakimi Elçin Məsiyev olacaq.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:45-də çalınacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR