İranlı general: “ABŞ öhdəliyini yerinə yetirməsə, nüvə fəaliyyətimizi dayandırmayacağıq”

İranlı general: “ABŞ öhdəliyini yerinə yetirməsə, nüvə fəaliyyətimizi dayandırmayacağıq”
# 03 noyabr 2016 13:06 (UTC +04:00)

“ABŞ öhdəliyini yerinə yetirməsə, işləməyən sentrifuqaların fəaliyyətini bərpa edəcəyik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general Hüseyn Salami dünya imperializminə qarşı milli mübarizə günü münasibəti ilə Tehranda keçirilən yürüş-mitinqdə çıxışı zamanı deyib.

H. Salami bildirib ki, ABŞ öhdəliyini yerinə yetirməsə, nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı muzeyə göndəriləcək: "Amerikalılar bilməlidirlər ki, öhdəliklərini yerinə yetirməsələr, yenidən başlanğıc nöqtəsinə qayıdacağıq. Bilsinlər ki, nüvə fəaliyyətini dayandırmayacağıq, daha da inkişaf etdirəcəyik. İran hökuməti təkcə “5+1” ölkələrinin qarşısında öhdəlik götürməyib, həm də İran xalqı qarşısında öhdəliyi var".

H. Salami deyib ki, Yəmən, Bəhreyn, İraq, Suriya və Livanda siyasi təşəbbüs İslam İnqilabının əlindədir: “Hamı gördü ki, “Hizbullah”ın dəstəklədiyi və Amerikanın nifrət etdiyi namizəd necə qələbə qazandı və Livanın prezidenti oldu. Bu, İslam İnqilabının iradəsinin Amerikaya qəbul etdirilməsidir. Bu gün Suriya, Livan, İraq və Yəməndə müsəlmanların qələbəsinə yardım etməsək, düşmənlər müsəlmanları bir-birindən ayırıb faciə yaradacaqlar”.

Qeyd edək ki, noyabrın 4-də İranda dünya imperializminə qarşı milli mübarizə günü qeyd olunur. 1979-cu noyabrın 4-də tələbələr ABŞ-ın Tehrandakı ABŞ səfirliyini ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR