“Fənərbaxça”nın futbolçusu Enner Valensiya Braziliya klubuna transfer olunub.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Braziliyanın “İnternasional” klubuna keçib.
Türkiyə komandası ilə müqaviləsinin vaxtı bitən forvard yeni komandası ilə 3 illik anlaşıb. Ekvador yığmasının 33 yaşlı kapitanı Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edərək vətəninə yaxın olmağı seçib.
Qeyd edək ki, 2020-ci ildən “Fənərbaxça”nın şərəfini qoruyan Valensiya son mövsümdə 48 matçda iştirak edərək, 33 qolla çempionatın ən sərrast futbolçusu olub.