Bank Of Baku

Ərdoğan Türkiyə millisini 1/4 finala çıxması münasibətilə təbrik edib

Ərdoğan Türkiyə millisini 1/4 finala çıxması münasibətilə təbrik edib
# 03 iyul 2024 01:16 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli futbol komandasını Avropa çempionatının 1/4 finalına çıxması münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, Ərdoğan bu barədə "Facebook" hesabında paylaşım edib:

"Futbol üzrə Avropa Çempionatında Avstriyanı məğlub edərək, 1/4 finala yüksələn Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm. #BizimÇocuklar’a çempionluğa gedən yolda uğurlar arzulayıram" - dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR