Erməni futbolçu "Qalatasaray"a keçməkdən imtina edib

Erməni futbolçu "Qalatasaray"a keçməkdən imtina edib
# 22 fevral 2024 10:37 (UTC +04:00)

"Lokomotiv"in və Ermənistan millisinin müdafiəçisi Nair Tiknizyan qış "transfer pəncərəsi"ndə "Qalatasaray"a keçməkdən imtina edib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin gərgin olması 24 yaşlı futbolçunun bu təklifdən imtina etməsinə səbəb olub.

"Qalatasaray" sol cinah müdafiəçisini satdıqdan sonra Tiknizyanın transferini gerçəkləşdirmək istəsə də, məsələ rəsmi danışıqlara getməyib.

Erməni müdafiəçi 2021-ci ildə CSKA-dan “Lokomotiv”ə keçib. O, 82 matçda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR