Həyat yoldaşının qətlində təqsirləndirilən qadın və tanışının məhkəməsində vəkillər çıxış edib

Həyat yoldaşının qətlində təqsirləndirilən qadın və tanışının məhkəməsində vəkillər çıxış edib
# 17 noyabr 2016 13:42 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib və hüquqlarını müdafiə etdiyi şəxslərə ədalətli cəza istəyiblər.

Proses noyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Kamran Mahmudov ötən il sentyabrın 26-da qətlə yetirilib. Cinayəti S. Məmmədov və L. Mahmudova birgə törədib, hər iki şəxs ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub.

S. Məmmədov K. Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L. Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb.

L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, K. Mahmudov isə bizneslə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR