Gürcüstanda sürücü yol polisinin boğazını kəsib

Gürcüstanda sürücü yol polisinin boğazını kəsib
# 18 dekabr 2019 23:41 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində xidməti vəzifəsini yerinə yetirən yol patrul xidməti əməkdaşının boğazı kəsilib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi Çavçavadze küçəsində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, hərəkətdə olan avtomobili saxladıqdan sonra yol polisi ilə sürücü arasında mübahisə yaranıb. Bu zaman avtomobilin sürücüsü bıçaqla yol patrul xidməti əməkdaşının boğazını kəsib. Yaralı polis təcili xəstəxanaya çatdırılıb.

Hadisə yerinə çox sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Fakta görə bir nəfərin saxlanıldığı deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR