Bank Of Baku

"Fənərbaxça" "Beşiktaş"ı məğlub edib

"Fənərbaxça" "Beşiktaş"ı məğlub edib
# 05 aprel 2026 23:16 (UTC +04:00)

Türkiyə Super Liqasında XXVIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

"Fənərbaxça" "Beşiktaş"ı qəbul edib. Oyunun ilk hissəsi qolsuz keçib.

İkinci yarıda meydan sahibləri üstün oynayıb. Matçın əsas vaxtına artırılan 11-ci dəqiqədə "qara qartal"ın qapısına penalti təyin olunub. Kerem Aktürkoğlu həlledici məqamda dəqiq oynayıb - 1:0.

Bununla da, xallarının sayını 63-ə çatdıran "Fənər" ikinci pilləyə qayıdıb. Komanda "Qalatasaray"la xal fərqini 1-ə endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR