Bank Of Baku

"Fənərbaxça" Konfrans Liqası matçına ciddi itkilərlə çıxacaq

"Fənərbaxça" Konfrans Liqası matçına ciddi itkilərlə çıxacaq
# 13 mart 2024 10:39 (UTC +04:00)

UEFA Konfrans Liqası 1/8 final mərhələsinin cavab matçı çərçivəsində "Fənərbaxça" öz meydanında "Yunion Sent-Jilluaz"ı qəbul edəcək.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Mərkəz müdafiəçiləri Rodriqo Bekao, Çağlar Söyüncü və Leonardo Bonuççi zədəlidir. Müalicəsi davam edən Coşua Kinq də komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Yunion Sent-Jilluaz" qarşılaşması 14 mart tarixində Bakı vaxtilə saat 21:45-də baş tutacaq.

Komandalar arasında Belçikada keçirilən ilk oyun Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR