"Fənərbaxça" "Qalatasaray"la oyunda meydanı tərk edib, oyun yarmçıq qalıb

"Fənərbaxça" "Qalatasaray"la oyunda meydanı tərk edib, oyun yarmçıq qalıb
# 07 aprel 2024 22:39 (UTC +04:00)

"Qalatasaray" - "Fənərbaxça" arasında keçirilən "Turkcell Superkubok" matçı 2-ci dəqiqədə "Fənərbaxça"nın meydandan geri çəkilməsi ilə yarımçıq qalıb.

APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra “sarı lacivərdlilər” meydanı tərk ediblər.

Qeyd edək ki, federasiya oyunun nəticəsi ilə bağlı qərar verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR