Hacıqabulda ana doğuşdan sonra ölüb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 1997-ci il təvəllüdlü Aytac Həsənova qız uşağı dünyaya gətirib. Ana doğuşdan iki saat sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.