Bank Of Baku

FİFA İspaniya Futbol Federasiyasının sabiq prezidentini cəzalandırıb

FİFA İspaniya Futbol Federasiyasının sabiq prezidentini cəzalandırıb
# 30 oktyabr 2023 15:30 (UTC +04:00)

FİFA İntizam Komitəsi İspaniya Kral Futbol Federasiyasının sabiq prezidenti Luis Rubialesi üç il müddətinə futbol fəaliyyətindən kənarlaşdırıb.

APA xəbər verir ki, bu barədə İspaniyanın “El Español” onlayn nəşri yazıb.

Xatırladaq ki, Rubiales qadınlar arasında Dünya Çempionatının finalından sonra İspaniya futbol millisinin kapitanı Cennifer Hermosonu dodaqlarından öpmüşdü. Hermoso bu hadisədən sonra Rubialesə qarşı iddia qaldırıb. Prokurorluq Rubialesə qarşı araşdırmaya başladıb. Baş vermiş hadisədən sonra Rubiales İspaniya Futbol Federasiyası prezidentliyindən uzaqlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR