UNESCO-nun baş direktoru: “Mədəni müxtəlifliyi dəstəkləməliyik”

UNESCO-nun baş direktoru: “Mədəni müxtəlifliyi dəstəkləməliyik”
# 18 may 2015 08:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Bakı prosesi 2008-ci ildə başlayıb. Hər gün Azərbaycan prezidenti İlham Əliyevin bu təşəbbüsünün uzaqgörənliyinin şahidi oluruq”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun baş direktoru İrina Bokova bildirib. Baş direktoru deyib ki, UNESCO -nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsləri mühümdür: “Ötən həftə UNESCO qədimdən müasirliyə adlı sərgini təşkil etdi. Həmin sərgidə Məhsəti Gəncəvinin əsərləri təqdim olundu”.

UNESCO -nun baş direktoru bildirib ki, mədəniyyətlər fərqlidir, ancaq qarşılıqlı hörmət əsasdır. Onun sözlərinə görə ki, dünyada ifadə azadlığı təmin edilməlidir: “Ekstremizm mədəni dəyərlərə qarşı hücumdur. Təhsil bu sahədə mühüm mübarizə vasitəsidir”.

İrina Bokova bildirib ki, öz hərəkətlərimizə qiymət verə bilməyimiz üçün tənqidi yanaşma inkişaf etdirilməlidir: “Rəqəmsal texnologiyanın inkişafı insan hüquqlarının qorunmasında rol oynamalıdır. Bu, gələn ay UNESCO-nun keçirəcəyi konfransda əsas mövzudur. Mədəni müxtəliflik insan ləyaqətinin başqa adıdır və biz mədəni müxtəlifliyi dəstəkləməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR