Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərində yerləşən məqbərəsinin bərpası ilə bağlı danışıqlar aparılır.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, İraqın mədəniyyət naziri yaxın zamanlarda Azərbaycana səfər edəcək və səfər çərçivəsində bu məsələyə də aydınlıq gətiriləcək.
Qeyd edək ki, avqustun 6-da mədəniyyət naziri Anar Kərimovun İraqın ölkəmizdə rəsmi səfərdə olan rabitə naziri Arkan Şihab Əhməd Əl Şaibani ilə görüşdə də Azərbaycan şairi Füzulinin məqbərəsinin bərpası məsələsinə toxunulub.