Bank Of Baku

Mədəniyyət Nazirliyi: Füzulinin məqbərəsinin bərpası ilə bağlı İraqla danışıqlar aparılır

Mədəniyyət Nazirliyi: Füzulinin məqbərəsinin bərpası ilə bağlı İraqla danışıqlar aparılır
# 06 avqust 2021 18:29 (UTC +04:00)

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərində yerləşən məqbərəsinin bərpası ilə bağlı danışıqlar aparılır.

Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, İraqın mədəniyyət naziri yaxın zamanlarda Azərbaycana səfər edəcək və səfər çərçivəsində bu məsələyə də aydınlıq gətiriləcək.


Qeyd edək ki, avqustun 6-da mədəniyyət naziri Anar Kərimovun İraqın ölkəmizdə rəsmi səfərdə olan rabitə naziri Arkan Şihab Əhməd Əl Şaibani ilə görüşdə də  Azərbaycan şairi Füzulinin məqbərəsinin bərpası məsələsinə toxunulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR