Bank Of Baku

“Fulhem”in baş məşqçisinin taleyinə aydınlıq gəlib

“Fulhem”in baş məşqçisinin taleyinə aydınlıq gəlib
# 24 may 2023 15:15 (UTC +04:00)

“Fulhem”in baş məşqçisi Marku Silvanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun sahiblərindən biri Toni Han açıqlayıb.

O bildirib ki, 45 yaşlı mütəxəssis postunda qalacaq. London təmsilçisi onu başqa kluba buraxmayacaq.

Silvanın xidmətində “Vest Hem”lə “Çelsi” maraqlıdır. “Fulhem” 2021-ci ilin yayından bu postda olan mütəxəssisi vəzifəsində saxlayacaq.

Qeyd edək ki, 37 oyunda 52 xal toplayan “Fulhem” Premyer Liqanın turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR