Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır - VİDEO

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır - <span style="color: red;">VİDEO
# 07 may 2015 10:42 (UTC +04:00)

Gündüz mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-5, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 8-9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR