ABŞ Rusiyanı hədələyib

ABŞ Rusiyanı hədələyib
# 18 iyul 2015 07:37 (UTC +04:00)

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland "Şuster Liva" proqramının efirində ukraynalı jurnalist Savik Şusterə müsahibısində deyib.

"Biz bildirmişik ki, Minsk razılaşması tam icra olunana qədər sanksiyalar qüvvədə qalacaq”, - deyə V. Nuland bildirib.

ABŞ hökumətinin Ukraynaya hərbi yardım göstərdiyini xatırladan V. Nulandın sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardım çərçivəsində hərbçilərin hazırlığı üçün 150 milyon dollar yardım edib.

"Biz ümid edirik ki, bizim təzyiqlər Rusiyanı və Rusiya hökumətinin Donetsk və Luqanskdakı qüvvələrini öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edəcək. Əks təqdirdə bu onlara baha başa gələcək. Biz heç nəyi istisna etmirik", - deyə dövlət katibinin köməkçisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR