Astaranın 3 dağ kəndini birləşdirən yeni körpü istifadəyə verilib - FOTO

Astaranın 3 dağ kəndini birləşdirən yeni körpü istifadəyə verilib - <span style="color: red;">FOTO
# 10 sentyabr 2015 17:31 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Sentyabrın 10-da Astara rayonunun Tüləküvan kəndi ilə Şəmətük və Xıçaso kəndlərini birləşdirən, rayon mərkəzi ilə əlaqəni təmin edən Pensərçay üzərində salınmış yeni körpünün açılış mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Astara RİH-nin başçısı Qəzənfər Ağayev rayonun ən ucqar yaşayış məntəqələrində sakinlərin sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu, Tüləküvan kənd tam orta məktəbinin təmirinin başa çatdırıldığını, kəndin qazlaşdırlmasının sürətlə davam etdiyini, yaxın vaxtlarda elektrik təsərrüfatının yeniləşməsinə başlanılacağını, Tüləküvan-Şəmətük yolunun da gələn il asfaltlaşdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra rəmzi qırmızı lent kəsilib və körpü əhalinin istismarına buraxılıb.

Qeyd edək ki, Pensərçay üzərində 18 metr uzunluğunda salınmış yeni körpü Astara RİH başçısının təşəbbüsü və yaxından köməkliyi, Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə cəmi bir neçə ay müddətində ərsəyə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR